Şadlıq saraylarında qiymətlər necədir?
1 Fevral 2022 11:02 SosialŞadlıq saraylarının menyularının qiymətlərində müəyyən bahalaşma müşahidə olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.
Belə ki, mərkəz tərəfindən aparılan monitorinqlərə əsasən, nisbətən ucuz menyu (30 manatadək) təklif edən şadlıq saraylarında qiymətlər əsasən stabil qalsa və ya cüzi artımlar olsa da, orta və bahalı menyulu saraylara qiymətlər yüksəlib.
Belə ki, orta menyulu (30-60 manat) şadlıq saraylarda 8 faiz, bahalı (60 manat və daha yüksək) menyulu saraylarda isə 12 faiz qiymət artımları müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31