Qoruğun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğunmühafizə rejimini pozan şəxslər saxlanılıb. "Olaylar"ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı qanun pozucularının Goranboy rayon sakini Duman Əliyev və Göygöl rayon sakini Asif Nəbiyev olduğu müəyyən edilib: "Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31