DİN və ADRA antinarkotik təbliğatın səmərəsinin artırılması üçün birgə fəaliyyətə başlayıb
31 Yanvar 2022 23:21 SosialƏhalinin müxtəlif təbəqələri arasında antinarkotik təbliğat işinin səmərəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) birgə fəaliyyətə başlayıb.
Olaylar.az bildirir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31