Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
31 Yanvar 2022 18:30 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7232, ötən müddət ərzində isə ümumilikdə 6 156 388 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31