Narkotikə görə saxlanılmış dünya çempionu HƏBS EDİLDİ
31 Yanvar 2022 16:44 Sosial"Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".
Bunu Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.
Bildirilib ki, onun barəsində Cinayət Məclləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, istintaqı aparılır.
Qeyd edək ki, M.Əmiraslanov ötən həftə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31