Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, Abşeron rayonu Güzdək qəsəbəsində Şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, eləcə də Qobu, Pirəküşkül, Ceyranbatan, Güzdək qəsəbələrindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir. Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir. Vətəndaş qəbulu zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapmış, vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31