“Azad olunmüş ərazilərdən keçən narkotrafikin qarşısı alınıb” – Gömrük Komitəsinin sədri
30 Yanvar 2022 12:57 Sosial"Torpaqlarımızın işğaldan azad olunması həmin ərazilərdən keçən narkoticarət trafikinin qarşısını alıb".
Bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə DGK-nin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31