27 il sonra evinə döndü: muğam oxudu - FOTO + VİDEO
29 Yanvar 2022 19:18 SosialSosial şəbəkələrdə işğaldan azad olunan kənddəki evinə dönən bir gəncin muğam oxuması günün trendinə çevrilib.
Olaylar.az xəbər verir ki, sözügedən video muğam ifaçısı Malik Həsənova məxsusdur.
Malik Həsənov sosial media hesabında videonu paylaşıb və bu sözləri yazıb:
"Doğma kəndim Şurtan! Bu evdə doğulub, 8 yaşımda itirdiyim uşaqlıq illərimi 27 ildən sonra xatırlamaq nə qədər ağır olsa da, bir o qədər də sevindiricidir. Sanki təzədən uşaqlaşırsan".
Qeyd edək ki, Şurtan kəndi işğaldan azad olunan Kəlbəcər rayonunun ərazisindədir.

(Qaynarinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31