Milli Məclisdən təkzib
29 Yanvar 2022 11:00 SosialYanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir.
Bildiririk ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmamışdır və bu məsələ İntizam komissiyasının gündəliyində olmamışdır. Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31