Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
28 Yanvar 2022 18:41 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 887 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31