7.445 şənlik mərasimində nəzarət tədbiri keçirilib
28 Yanvar 2022 12:57 SosialMəlum olduğu kimi, pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında şənlik mərasimləri təşkil edilən obyektlərdə 5 iyul 2021-ci il tarixdən nəzarət tədbirləri keçirilir. "Olaylar" xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən 5 iyul - 30 dekabr 2021-ci il tarixləri ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri üzrə məlumata əsasən, hesabat dövrü ərzində icazələr üzrə portala 48.951 toy mərasimi, 6.143.569 nəfər isə qonaq sayı (orta hesabla bir toya 125 nəfər) daxil edilib. Nəzarət məqsədilə seçilmiş şənlik mərasimlərinin sayı 7.445 olub, mərasimlərdə qonaq qismində iştirak edənlərin sayı isə 1.001.511 nəfər təşkil edib. Nəzarət tədbirləri zamanı, şənlik mərasimlərinə gələn qonaqlardan 890.222 nəfərinin və ya 88,9%-nin COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 4,7%-də nöqsanlar aşkar edilib. Şənlik mərasimi keçirilmiş məkanın və ya müəssisənin 95.554 nəfər işçisinin də COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 1,6%-də nöqsanlar aşkarlanıb.