SSRİ idman ustası Mahir Hüseynov COVID-19-dan vəfat edib

Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Mahir Hüseynov bu gün dünyasını dəyişib.

M.Hüseynov bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində koronavirusdan həyatını itirib.

Məlumat üçün bildirək ki, Mahir Hüseynov Gəncə Boks məktəbini yaradan şəxslərdən biri kimi tanınır.

Allah rəhmət eləsin.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31