Sabah bu şəhərimizdə su olmayacaq - Azərsu ASC

Sabah Sumqayıt şəhərinin 1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlarına, 34-cü, 45-ci və 47-ci məhəllələrinə, Corat qəsəbəsinin bir hissəsinə, Yaşıldərə yaşayış massivinı içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Olaylar.az bildirir ki, bu barədə Azərsu ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb Sumqayıtın bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31