Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA
25 Yanvar 2022 12:00 SosialTovuzda xarici turistlərin qanunsuz ov etdiyi iddia olunur.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, ərəb turistlər bəzgək ovlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar:
"Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək".
Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxildir.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31