Qubadlıda ermənilərin də keçdiyi sərhəd postundan - VİDEO REPORTAJ
24 Yanvar 2022 23:47 SosialBu günlərdə Qubadlıda qarlı-şaxtalı hava müşahidə edilir. Havanın sərt olmasına baxmayaraq ərazidə, xüsusilə də sərhəd postunda Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsi fasiləsiz xidmət göstərir.
Olaylar.az bildirir ki, Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndindən keçən hissəsi şəhər mərkəzindən təxminən 30 km-ə qədər məsafədə yerləşir. Sentyabr ayından burada ölkəmizə məxsus nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir.
Havanın qarlı olması ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə edilməsə də əməkdaşlar mütəmadi xidmətdədirlər.
Yoxlanış prosesi sürücü tərəfindən mal-müşaiət sənədlərinin təqdim edilməsi ilə başlayır, daha sonra vahid avtomatlaşdırılmış sistemdə qeydiyyat aparılır.
Bütün işlər yekunlaşdıqdan sonra nəqliyyat vasitəsinin təyinatı üzrə buraxılışı təmin edilir.
Daha ətraflı videodan izləyin: