Jurnalistlər Astara Gömrük Xəttində olublar

Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalislər üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlimlər davam edir. Dövlət Gömrük Komitəsi və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir.  Olaylar  xəbər verir ki, təlimlərin ikinci günündə media nümayəndələri ilə birgə layihə planına uyğun olaraq Astara Gömrük Xəttinə səfər təşkil olunub.

KİV nümayəndələri sərhəddə görülən işlərlə və yoxlama prosesi ilə tanış olublar. Jurnalistlərə bəzi statistik məlumatlar da verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31