Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
22 Yanvar 2022 16:47 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31