Xidmət rəisi: "Amnistiya Aktı 3411 məhkuma tətbiq edilib"
21 Yanvar 2022 21:40 SosialAmnistiya Aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə Amnistiya Aktı tətbiq edilib.
Olaylar.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.
Bildirilib ki, onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31