Şahin Seyidzadə Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirib (FOTO)

 

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirib.

Qobustan Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Qobustan şəhəri və Poladlı kəndindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir.

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, təhsil, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.

Qəbul zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapmış,  vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.

Bir 2 nəfər və oturan insanlar şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31