Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
20 Yanvar 2022 18:40 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 784 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11756566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5208739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4723586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1824241 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31