"20 Yanvar 1990 Bakı hadisələrinə baxış" adlı onlayn görüş keçirilib - FOTO
20 Yanvar 2022 17:26 SosialAzərbaycan İstanbul Səfirliyi və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Zoom platforması üzərindən "20 Yanvar 1990 Bakı hadisələrinə baxış" adlı onlayn görüş keçirilib.
Olaylar.az xəbər verir ki, görüşdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, millət vəkili Musa Qasımlı, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin sədri Ufuk Ulutaş, Uludağ universiteti, Diplomatik Araşdırmalar Dərnəyinin professoru Barış Özdal, Orta Şərq və Afrika Araşdırmalar Dərnəyinin professoru Zekeriya Kurşun iştirak edib.
Görüş 20 yanvar 2022-ci il saat 10:00-dan 11:00-a qədər davam edib.








Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31