Xəzər rayon MKS və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "20 Yanvar - Zəfərə aparan yol" adlı tədbir keçirilib (FOTO)

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş "20 Yanvar - Zəfərə aparan yol" adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Azərbaycan xalqının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Binə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Günay Muxtarova qonaqları salamlayaraq 20 Yanvar - Ümumxalq Hüzn Gününün tarixi haqqında ətraflı məlumat verib.

Daha sonra Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsinin hazırladığı slayd nümayiş etdirilib. Slayd haqqında danışılıb. Tədbir zamanı oxucular şeirlər səsləndiriblər.Kitabxananın Metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağıyeva, 24 nömrəli uşaq musiqi məktəbinin müəllimi A.Qəmbərov çıxışlarında belə tədbirlərin keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını qeyd ediblər.

24 nömrəli uşaq musiqi məktəbinin 2-ci sinif şagirdi Əli Mirzəyev muğam parçası ilə tədbiri sonlandırıb.

Sonda kitabxananın hazırladığı kitab sərgisinə və Binə Mədəniyyət Mərkəzinin "Rəsm" dərnəyi üzvlərinin çəkdikləri rəsmlərə baxış keçirilib.

Bir 3 nəfər şəkili ola bilər

Bir 13 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 11 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 10 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31