Mədəniyyət Nazirliyindən Zəfər və İşğal muzeylərinin yaradılması barədə - Açıqlama
18 Yanvar 2022 19:55 Sosial"Mədəniyyət Nazirliyi Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb".
Olaylar.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov kollegiya iclasında deyib.
Nazir bildirib ki, Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub:
"Mədəniyyətin Qarabağa qaytarılması" layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31