Keçən il 8 dördəmər doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində 101775 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 11,1 təşkil edib. Doğulan körpələrdən 2628 nəfəri əkiz, 75 nəfəri üçəm, 8 nəfəri isə dördəm olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31