Ötən il nikaha girənlərin 30 faizdən çoxu boşanıb
18 Yanvar 2022 15:29 SosialÖtən il 50 890 nikah, 15 659 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50 890 nikaha daxilolma və 15 659 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31