3 tondan çox narkotik vasitə müsadirə olundu

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İran polisi bu gün üç əyalətdə keçirilən əməliyyatlar zamanı ölkədə son sutka  ərzində 3 ton narkotik maddənin müsadirə edildiyini açıqlayıb.

İran xəbər agentliyi İRNA bu gün polis rəisi Məcid Kərimiyə istinadən bildirib: "Dəqiq kəşfiyyat əməliyyatları nəticəsində Yəzd, Sistan, Bəlucistan və Xuzistan əyalətlərində 3 ton narkotik maddə ələ keçirilib" və 7 narkotik qaçaqmalçısının həbs edildiyini açıqlayıb. Onların əllərində olan 4 avtomobil müsadirə edilib.

İran hakimiyyəti narkotik qaçaqmalçıları və tacirlərini mühakimə etmək üçün araşdırmaları davam etdirir. Nəticədə minlərlə təhlükəsizlik işçisi qaçaqmalçı dəstələrin təqibi zamanı həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31