Ova cəhd edən şəxs cəzalandırılıb
18 Yanvar 2022 12:11 SosialQızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Milli Parkın "Kiçik körfəz" adlanan ərazisində ova cəhd edən şəxs saxlanılıb. "Olaylar"ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb: "Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31