Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi
18 Yanvar 2022 10:50 SosialZərdabda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.Olaylar.az-ın məlumatına görə, hadisə səhər saatlaeında Alıcanlı kəndində baş verib.Bir ailənin üzvləri - ata, ana, oğul və iki azyaşlı qız nəvəsi yaşadıqları evdə dəm qazından zəhərlənib.Hüşsuz vəziyyətə düşən 1960-cı il təvəllüdlü Cavadov Əhsan Cavad oğlu, 1963-cü il təvəllüdlü Cavadova Mətanət Rəsul qızı, oğulları 1989-cu il təvəllüdlü Elman Cavadov və nəvələri 2012-ci il təvəllüdlü Mətanət Elman qızı Cavadlı və 2013-cü il təvəllüdlü Zeynəb Elman qızı Cavadlı təcili xəstəxanaya çatdırılıb.Əldə olunan məlumata görə zəhərlənən şəxslər arasında Mətanət Cavadovanın durumu daha ciddidir.Faktla bağlı araşdırma aparılır.
(bizim.media)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31