Saxta 100-lüklə benzin almaq istəyən şəxs yaxalanıb

Yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) "Olaylar"a verilən məlumatda bildirilib. Qeyd edilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan "Toyota" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb. Hazırda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31