Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
16 Yanvar 2022 16:43 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 944 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 714 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 757 277 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31