Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı
15 Yanvar 2022 12:08 SosialKoronavirusun "Omikron" ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri - kiçik bronxların iltihabı müşahidə olunur.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib.
Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur.
Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. "Omikron"da temperatur adətən 38 və ya 38,5 dərəcə olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31