Natiq Məmmədli facebook hesabında Xoşbəxt Yusifzadəni ad günü münasibəti ilə təbrik edib
14 Yanvar 2022 15:04 SosialOlaylar.az xəbər verir ki, Natiq Məmmədli facebook hesabında Xoşbəxt Yusifzadəni ad günü münasibəti ilə təbrik edib. Paylaşımda deyilir: "Bir dəfə əlimə Xoşbəxt Yusifzadənin bir kitabı düşmüşdü - "Ömrümün illəri və izləri". Oxudum. Sonra "Kaspi"də 2 səhifə məqalə yazdım. Heç ad günü də deyildi, kitab marağıma səbəb olduğuna görə yazmışdım.
2 gündən sonra adi bir nömrədən zəng gəldi: "Xoşbəxti e danışan".
"Uçurdum İrana, qızlar (stuardessa) dedi ki, sənə sürprizimiz var, qəzeti qoydular qabağıma. Dedim adə bu nədi, bu "samodeytelnosti"di. Əcəb yazmısan. Zəng elədim sağ ol deyəm".
O vaxt qəzetlər təyyarələrdə də paylanardı, nəysə bu, ayrı söhbətdi.
Bu gün iki əsrin canlı əfsanəsi Xoşbəxt kişinin ad günüdür! Allahın verdiyi ömrü alınıaçıq, şərəflə yaşamış adama nə arzu eləmək olar, yalnız cansağlığı.
Həmişə mübarəksiniz, Xoşbəxt müəllim!"