Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı- RƏSMİ

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən Qaynarinfo-ya məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

"Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi - müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31