Bakı kəndlərinə su fasilə ilə veriləcək
12 Yanvar 2022 11:45 Sosial12 yanvar 2022-ci il tarixində gün ərzində Bakının Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-dən verilib. Bildirilib ki, buna səbəb magistral su xəttində aparılacaq təmir-bərpa və yenidənqurma işləridir.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31