Azərbaycanda aşkar olunan "Omikron" ştamı ilə bağlı xəbərdarlıq - Bunu etməyin!
11 Yanvar 2022 10:51 Sosial"Xarici ölkədən gələn vətəndaşlarda ilk dəfə aşkar edilən "Omikron" ştamı koronavirusun digər ştamlarından yoluxma və yayılma xüsusiyyətinə görə yüksəkdir. Bu ştamdan qorunmaq COVID-19-un digər növlərindən qorunmaq kimidir".
Olaylar.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan pediatr Günay Rəsulova bildirib.
Onun sözlərinə görə, vətəndaşlar sosial məsafəni qorumalı, dezinfeksiya vasitələrindən istifadə etməli və məcbur olmadıqda insanların toplu olduğu yerlərə getməməlidir: "Özündə qrip əlamətləri olan şəxslərə kontakta keçilməməlidir. Çünki insanlar bir-birindən xəstə olmasını gizlədirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31