Həyatımı dəyişən əsər – Ədəbiyyatın böyük sirri Oğuz Ayvaz yazır
29 Oktyabr 2021 10:07 SosialOğuz Ayvaz
Ədəbiyyata minlərlə tərif verilib. Hərə bir cür yozum verib . Və hər dəfə ədəbiyyat haqda düşüncələrimiz bir az da dəyişir. Bu oxuduqlarımızdan, içimizdəki nəğməni dinləməkdən yaranır. Anlayırıq ki, ədəbiyyat bizi xilas edən yeganə sahədir. Ədəbiyyat həqiqətən də insanın içini təmizləyir.
İnsanı anlama, aydınlandırma sənəti. Ədəbiyyata bu cür də tərif verə bilərik. Təbii ki, bu da ədəbiyyatı tam ifadə edə bilməyəcək.
Ədəbiyyat həyatdan maraqlıdır. Doğurdan niyə axı? Niyəsini indi mən sizə izah etməyə çalışacam. Ədəbiyyat bizim paralel, intim bir dünyamızıdı. O dünyada sevinirik, hüznlərnirik, kədərlənirik, xoşbəxt oluruq. İndi deyəcəksiniz, bu dünyada da dediyiniz duyğuları yaşayırıq. Ancaq bir məsələ var, biz həyatda yaşadığımız duyğuları real olaraq, bütün çılpaqlıqlarıyla yaşayırıq. Ədəbiyyat isə bizim xəyal dünyamızdı. Əsər oxuyuruq və obrazların düşdükləri situasiyalarda özümüzü tapırıq, başqa bir insanın taleyini yaşamış oluruq. Ədəbiyyat bizə çoxlu talelər verir, bizi başqa dünyalara, həyatlara aparır. Uzaqları, başqa ölkələri, insanları yaxın edir. Ona görə də ədəbiyyat həyatdan daha maraqlıdır. Həyat bizi amansız sürprizlərlə qarşılaşdırır.
Mənim həyatımı şəxsən ədəbiyyat dəyişdi. Ciddi sözümdür. Günlərin bir günündə, yeniyetməliyimin məzmunsuz günlərində əlimə Daniel Defonun "Robinzon Kruzo" əsəri düşdü. Başladım bu əsəri ciddi şəkildə oxumağa. Və inanın əsəri bitirdikdən sonra düşüncələrim, həyata baxışım dəyişməyə başladı. Ədəbiyyatın gücünü hiss etdim. Hiss etdim ki, insana nə qədər mənəvi kömək əli uzadır. Ədəbiyyat bizi xilas edən yeganə sahədir. Ədəbiyyat həqiqətən də insanın içini təmizləyir. İnsanı anlama, aydınlandırma sənəti. Ədəbiyyata bu cür də tərif verə bilərik. Təbii ki, bu da ədəbiyyatı tam ifadə edə bilməyəcək.
Yazıçılar əllərində məşəl qaranlıq bir tüneldə insanı axtarır. Ədəbiyyat bir mənada axtarış deyilmi?
Doğumdan, ölümdən və bu iki hadisə arasındakı zamandan bəhs edən əsərləri oxumuşuq. Ədəbiyyat ölümlə həyatın mübarizəsi deyilmi? Həyatı olduğu kimi qəbul etməməkdi. Ölümün nə olduğunu araşdırmaqdı.
Doğum və ölüm arasındakı zaman müddətində sevgilər, ayrılıqlar, yalnızlıqlar, coşqular, sevinclər, haqsızlıqlar, zülmlər və daha digər duyğular yer alır.
Ədəbiyyat bunları dərd edir, eynən insanın da dərd çəkdiyi kimi...
Ədəbiyyat insanın dərd etdiyi nə varsa onu özlüyündə ələkdən keçirir, onlara yeni formalar verə bilir.
Ədəbiyyat o qədər böyükdü ki, yazmaqla bitirmək olmur.
Ədəbiyyatla qalın!
Onunla bəslənin!
Ədəbiyyatı sevdiyiniz adamlar kimi qoruyun!