Oğul (qız ) mənimdir əgər, oxutmuram, əl çəkin! PROBLEM

"O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o, alimdir, ona ehtiram edin. O adam ki, bilir və biliyinə güvənmir, o özündən xəbərsizdir, onu tənqid edin. O adam ki, bilmir və öyrənməyə cəht edir, o zəhmətkeşdir, ona kömək edin. O adam ki, bilmir və öyrənmək  də istəmir, o ağılsızdır, ondan uzaq olun."

N.Tusi

Təhsil, elm bütün cəmiyyətlərin və bu cəmiyyətləri təşkil edən insanın cövhəridir. Təhsil insana həyatda verilə biləcək ən gözəl və ən dəyərli hədiyyədir. Təhsil dünya görüşüdür, davranışdır, etikadır, estetikadır. Təhsili olmayan bir insan həyatda öz yerini, mövqeyini, dəyərini, varlığını bilməyən, hiss etməyən  bir insandır. Təhsilsiz bir insan heç bir zaman dar məqamlarda özünə çıxış yolu tapa bilməz. Çıxış yolu olaraq isə intihara və daha ucuz yollara əl atar. Bu gün təhsil uşaqdan böyüyə hər kəsə vacib olan bir amildir. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətimizdə təhsilsiz insanların sayı həddən artıq çoxdur. Bu da cəhalətdən çıxa bilməyən insanların fikirləri üzündən  günü-gündən daha da çoxalır. Artıq bu cəhalətdən çıxıb daha savadlı cəmiyyətə inteqrasiya etməyin vaxtı gəlib və hətta keçmək üzrədir. Bu cahil düşüncələrdən çıxıb gələcəyə daha savadlı kadrlar yetişdirməliyik. Bir nüansı gözdən qaçırmaq olmaz ki, təəssüf ki, təhsilsiz insanların arasında qadınların say tərkibinə nəzər salsaq, daha çox olduğunu görmüş olarıq. Çünki  bəzi  cahil düşüncəli valideynlərin beynində bir düşüncə formalaşır: "Qız uşağı nədi, oxumaq nədi? Qız uşağı evə baxmalı və daha sonra evlənib ailə qurmalıdır., Qələt edir, qız oxumaq istəyir. Bizim nəsildə qızın oxumasına pis baxırlar. Lakin qeyd etmək lazımdır ki, ən çox da qadınların təhsil alması cəmiyyətimiz üçün çox vacibdir. Qadınların təhsilli olmasının, millətin gələcəyi üçün nə dərəcədə vacib olduğunu böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyev belə qeyd edirdi: "Anaları savadsız olan millətin gözü kordur".Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Şərqdə ilk dəfə kişi ilə qadının hüquq bərabərliyi, bərabər təhsil alması məhz "Qurani-Kərim"də qeyd olunub. İslam dininin müqəddəs kitabı "Qurani-Kərim"də qadın, onun hüquqları, ananın müqəddəsliyi, cəmiyyətdə əvəzolunmaz rolu məsələləri geniş əks olunmuşdur. "Qurani-Kərim"dəki ehkamlar kişi ilə birgə qadını da Allah bəndəsi sayır və bütövlükdə ilahi öhdəliklərin hər iki cinsə aid olması göstərilərək, kişi və qadın kimi onlara qoşa müraciət edilir. Bundan başqa, bu müqəddəs kitabda cins fərqi qoyulmadan, hər bir kəsin təhsil almasını ən birinci sırada tutlur.

Belə ki, Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurmuşdur ki, "Elmi beşikdən qəbrədək öyrənin", "Bilmədiyinizi soruşun", "Bir saat elm öyrənmək 60 il nafilə ibadətdən üstündür", "Elm öyrənin, çünki elm sahibi yaxşını pisdən seçməyi bacarır" Bu gün elm fərq qoyulmadan hər bir kəsə lazımdır.

Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını formalaşdırır, həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır.

Bəs bu gün təhsil cəmiyyətimizdə hansı səviyyədədir,?  Bu gün təhsil kimlərə daha çox lazımdır , hal-hazırda d  daha çox təhsil alanlar kimlərdir, təhsilin inkişaf statistikası nə yerdədir və.s kimi suallar yarana bilər. Bu suallara cavab tapmaq üçün   Olaylar.az  olaraq bu sahənin mütəxəssisləri və bu sahədə insanlara psixoloji stimul verən mütəxəssislərlə sorğu keçirdik.

Məsələ ilə bağlı  Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva öz fikirlərini bildirib:

"Bu gün ölkəmizdə aparılan islahatlar, təsdiq edilən fərman, sərəncam, qanunlar, o cümlədən cəmiyyətin sosial-iqtisadi inkişafını özündə ehtiva edən müvafiq dövlət proqramları çərçivəsində diqqət ayrılan sahələrdən biri də təhsildir. Hər il ölkəmizdə onlarla yeni məktəb, məktəbəqədər təhsil müəssisələri tikilir və ya təmir olunur, beynəlxalq təcrübələrdən yararlanırlar.  Təsadüfi deyil ki, 15-20 il öncə ilə müqayisə etsək, ölkəmizdə təhsil alanların sayı və səviyyəsində nəzərəçarpacaq dərəcədə irəliləyiş vardır. Bunu təkcə dövlətimizin açıqladığı rəqəmlər yox, həmçinin bir çox beynəlxalq təşkilatların statistik hesabatları da təsdiq edir.

Buna baxmayaraq, təəssüf ki, hələ də ölkəmizdə təhsildən yayınan oğlan və qızlarımız da az deyil. Doğrudur, aidiyyatı qurumlar bu istiqamətdə layihələr həyata keçirir, fəaliyyətlərini davam etdirirlər, lakin bunun qarşısını hələ də tam almaq mümkün olmayıb. Xüsusilə regionlarda təhsildən yayınmalarla bağlı məlumatlarla daha çox qarşılaşırıq. Digər qarşılaşdığımız xoş olmayan məqamlardan biri isə yuxarı siniflərə doğru təhsil alan oğlan və qızların sayının azalmasıdır. Bu isə onların özlərinin və ya valideynlərinin təsiri ilə təhsildən yayınmasına gətirib çıxarır.

Regionlarda hələ də, evlənmək yaşına çatmayan qızların erkən nikahlara cəlb olunmasına, "qız nədir, oxumaq nədir", "oğlandır, gedib daşdan pulun çıxaracaq, nə edir oxumağı" və s. kimi fikirləri dəstəkləyən valideynlərin "səyi" nəticəsində təhsildən yayınmalara şahid oluruq. Əslində isə valideynlər bilərək və ya bilməyərəkdən öz övladlarının gələcəkləri ilə oynuyurlar. Təhsilsiz qalan həmin şəxslərdə daha sonra özünü fiziki və psixoloji olaraq fəsadlarını göstərir.

Mərkəzimizə müraciət edən uşaqların valideynləri ilə görüşlərdə bəzən təhsilsiz, oxumaq,yazmaq çətinliyi ilə üzləşən valideynləri də görmək olur. Biraz söhbət etdikdən sonra onların da uşaq və yeniyetmə vaxtlarında müxtəlif səbəblərlə təhsildən kənarda qaldığını və təhsilsiz qalmanın fəsadlarını çəkdikləri üçün övladlarının da belə problemlər yaşamaması üçün əllərindən nə gələrsə, onu etməyə hazır olduqlarını bildirirlər.

Aparılan araşdırmalar, sorğu və təcrübələr göstərir ki, təhsilsiz şəxslərdə fiziki, psixoloji problemlər demək olar ki, həyatının hər bir mərhələsində özünü nümayiş etdirə bilir. Xüsusilə təhsilsiz qızlar zorakılığa məruz qalır, bəzən ailə həyatı qurduqdan sonra ailə üzvləri tərəfindən təhqir olunur, alçaldılır, təhsilsiz oğlanlar isə ailə başçısı olaraq pul qazanmaq üçün işləyərkən bunun acısını yaşayırlar. Məhz bu anların yaşanması nəticəsində bir sıra psixoloji çətinliklər meydana çıxır. Stress, özünəqapanma, tək qalmaq istəyi, özünəinamsızlıq, aqressiya, depressiya və digər psixoloji narahatlıqlar ən çox qarşılaşdığımız məqamlar sırasındadır. Bəzən bu məqamların sonu yaxşı olmur, cinayət, intihar və digər ağır fəsadlarla nəticələnir.

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası təhsil prosesindən də yan keçmədi. Ötən ilin mart ayından etibarən ölkə ərazisində yerləşən təhsil müəssisələrində tədrisin dayandırılması qərarından sonra şagird, tələbə və müəllimlər ilk dəfə distant təhsil modelindən istifadə etməyə başladılar. Tədris prosesinin distant formada həyata keçirilməsi istər şagirdlərin, istərsə də müəllimlərin sosial, psixoloji inkişafına və onların davranışlarına təsirsiz ötüşmədi. İlk dəfə olaraq ölkə ərazisində kütləvi şəkildə tətbiq olunan distant təhsil müəllim və şagirdlərdə adaptasiya problemi yaratdı, müəyyən çətinliklər səbəbindən onların təhsil prosesinə marağının azalmasına gətirib çıxardı və motivasiyalarına təsir etdi. Şagirdlərin də qapalı məkanlarda uzun müddət qalması, dostları və sinif yoldaşlarından ayrı olması onların sosial, psixoloji inkişafına öz təsirini göstərdi.

Müvafiq qurumların qəbul etdiyi  son qərarlar isə göstərir ki, növbəti tədris ili bütün şagirdlər üçün ənənəvi qaydada təşkil olunacaqdır. Yuxarıda sadaladığımız psixoloji məqamları nəzərə alaraq, şagirdlərin uzun müddət sonra tam şəkildə ənənəvi formaya qayıtması zamanı da müəyyən çətinliklərin olması gözləniləndir. Uzun müddət ərzində evdə qalmaq, müxtəlif qadağalar və məhdudiyyətlər onların təhsilə marağının azalmasına gətirib çıxarıb. Təhsilə yenidən maraqlarının artırılması istiqamətində təkcə müəllimlərin deyil, o cümlədən valideynlərin də üzərinə böyük öhdəliklər düşür. Onlarla birgə daha çox vaxt keçirmək, birgə verilən tapşırıqları yerinə yetirmək və digər formalarla övladlarının təhsilə adapatasiyasına yardımçı olmalıdırlar, əks halda onlarda təhsilə maraq azalacaq, təhsildən yayınmalar artacaqdır.

Bu hallarla qarşılaşmamaq üçün həmyerlilərimə, valideynlərə müraciət etmək istəyirəm. Övladlarınızı təhsildən kənarda qoymayın, onların gələcəyi ilə oynamayın, yanında olduğunuzu, dəstək verdiyinizi göstərin. Bu onlarda özlərinə inamların artmasına yardımçı olacaq, həyatlarının növbəti mərhələlərində özünü göstərəcək, onları xoşbəxt edəcəkdir.

Dahi Azərbaycan şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevin söylədiyi kimi "bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanırsız". Bizim də istəyimiz təhsilli insan, təhsilli ailə, təhsilli cəmiyyətlə zəngin bir ölkədə yaşamaqdır. Bu həm də dövlətimizin daha da güclü və məğlubedilməz olması deməkdir."

Təhsil üzrə ekspert Qoşqar Məhərrəmov bildirib ki,ümumiyyətlə təhsil ana bətnində başlayıb ölənə qədər davam edən bir prosesdir. Təhsil sayəsində insan ətrafında baş verən hadisələri başa düşür, onlara lazımi reaksıyaları verir, həyatda qarşılaşdığı problemləri həll edir, öyrəndiklərini həmin problemlərin həlli istiqamədində istifadə edir. Bu yolla insan həyatda yaşaya bilir. Yəni digər canlılardan insanın fərqi odur ki, insan bilir ki, ağlı ilə hərəkət etməlidir və öləcəyini bilə-bilə yaşayan tək canlı insandır. Insan bilir ki, nə vaxtsa bu dünyadan köçəcək, amma o zamana qədər həyatını daha yaxşı yaşaması, rifahanı yüksəltməsi və digər bu kimi səbəblər üçün təhsildən istfadə edir. Təhsil insanın həyatında hər yerdədir, hər məqamdadır. Təhsil insanın həyatında həyatı qədər önəmli bir məsələdir. Bir xalqın cahil nümayəndələri olduğu kimi    savadlı nümayəndələri də var. Həmçinin qeyd etmək istəyirəm ki, cəhalət nisbi bir anlayışdır. Erkən nigahları  gördükdə, övladını oxmağa qoymayan valideynləri gördükdə  təəssüf  hissi ilə qeyd edə bilərəm ki, biz cəmiyyət olaraq cəhalətdən çıxma bilməmişik.  Hazırki dövrdə cəmiyyətlərin bir çoxu cəhalətdən tamda qurtula bilməyib. Sadəcə bəzi elit təbəqlər  cəhalətdən canlarını qurtara bilblər ki, insanların fikirlərinə daha hörmətlə yanaşır, daha tolerantdırlar , düşüncə baxımından daha müasirdilər.Lakin buna baxmayaraq bir qisim insanlar hələdə cəhalətdən qurulmayıb. Hələdə cəhalətin fəsadlarını yaşayır və cəhalətin simptomlarını özündə göstərir. Qeyd edək ki, sevindirici haldır ki, hal-hazırda təhsil alan şagirdlərin sayı çoxluq təşkil edir . Çox az bir qism şagirdlər var ki, onlar təhsildən  uzaqdırlar. Bunlar daha çox valideyn qayğısından məhrum qalmış şagirdlər və tez-tez region dəyişən, ucqar bölgələrdə şəraitsiz evlərdə yaşayan şagirdlərdi. Hazırda ölkəmizdə təhsildən faydalanan insanların çoxluq təşkil etməsinidə xüsusi olaraq qeyd etmək lazımdır.     Mənə elə gəlir ki, qadınların təhsil alması , kişilrin təhsil almasından daha az əhəmiyyətli deyil. Hətta daha əhəmiyyətlidir deyə qeyd edə bilərəm. Bir söz var " Bir kişiyə təhsil vermək  bir insanı təhsilləndirməkdir, Bir qadını təhsilləndirmək isə, bir ailəni, bir cəmiyyəti təhsilləndirməkdir." Çünki qadın eyni zamanda "Ana" missyası daşıyır. Ona görə də bizim gələcək nəsillərimizin sağlam düşüncəli,sağlam ruhlu olmağını istəyirksə  qadınlarln təhsili çox  prioritet  və çox əhəmiyyətli olmalıdır, əks halda isə bizim böyük kütlə savadsız olaraq yetişəcək. Düşünürəm ki, qadınların təhsili çox vacibdir və çox əhəmiyyətlidir. Qadınların təhsil almasını istəməyən insanları maarifləndirmək lazımdır ki ,əsla qadınlar təhsildən məhrum buraxılmasın. Yəni belə qeyd edək ki, təhsil hər kəsə lazımdır . Qeyd etdiyim kimi təhsil həyatın özüdür. Kişilər və qadıların təhsil alması üçün fərq qoymuram. Hər kəsə təhsil lazımdır. Həyatda qala bilmək üçün , yenilikləri öyrənmək lazımdır. Yəni bir dövrün tələbidir təhsil. Yenilikləri öyrənə bilməsək, dövrün təhsilinə sahib ola bilməsək, sanki ana dilini bilmirmiş kimi, özümüzü ifadə edə bilmədiymiz üçün şətinlik çəkməli olacağıq.

Yaşamaq üçün sağlam ruhda inkişaf etmək və gələcəkdə savadlı cəmiyyətlərə inteqrasiya etmək üçün təhsil vacib şərtdir."

Təhsilin insan həyatında rolu əvəzsizdir. Cəmiyyətimizdə təhsili insanların çox olması inkişaf prosesimizin daha yüksək olması deməkdir. İnsan inkişafı baxımından təhsil prosesi insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Təhsilin səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi fəaliyyətinə, klassik musiqi qavrayışına, sosial bağlılıqlarına, intizamlılığına və s. təsir göstərir. Təhsil ev təsərrüfatlarının idarə olunmasında, uşaqların tərbiyəsində, onların qidalanmasının təşkilində, sağlamlığının və keyfiyyətli təhsilinin təmin edilməsində yeni bilik və texnologiyaların istifadə edilməsinə şərait yaradır. Ananın təhsil səviyyəsi yüksək olduqca, körpə və uşaq ölümü əmsalı aşağı düşür, belə ki, ailədə gəlir səviyyəsindən asılı olmayaraq, uşaqlara qulluğun, onların təlim-tərbiyəsinin və qidalanmasının keyfiyyəti yaxşılaşır. Təhsilli insanlar daha mürəkkəb və deməli daha yüksək ödənişli işlərin öhdəsindən gələ bilir. Onlar fiziki və təbii kapitaldan daha səmərəli istifadə edərək, son nəticədə məhsuldarlığı və iqtisadi kapitalı da artırmış olurlar. Əziz valideyinlər gələcəyinizin saölam və etibarlı əllərdə olasını istəyirsinizsə, övladlarınıza təhsil verin.

Mehriban          Xəlilli          

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31