Dağıstan alimlərinin “erməni” sevgiləri

  "...ermənilər öz tarixlərini bilmir, daha dəqiq desək, öz tarixləri ilə  məşğul olmağı bacarmırlar-bax  bədbəxtlyin mənbəyi budur".  

Q.Nijde (1886-1955), "Tayfa ideologiyası" təlimindən.

 İbtidai insan-hay sürüsünün e.ə. II-I minilliklərdə Şərqi Afrika, Nil çayı-Qırmızı dəniz sahilləri,  Aralıq dənizi hövzələri, Balkan yarimadası boyunca miqrasiya məntəqələrini, bu ərazilərdə etnomorfoloji assimlyasiya mərhələsini keçərək, sonda etnoqrup-morfo-bioicma halında Ön Asiyada məskunlaşması (Bizans-Roma və Fars dövlətlərinin siyasi-hərbi təzminatları sayəsində) haqqında antik dövr mütəfəkkirlərinin (Herodot (e.ə.484-425)-"Tarix" traktı; Ksenofont (e.ə.IV əsr)-"Yunan tarixi" salnaməsi; Strabon (e.ə.63-24)-"Tarix" və "Coğrafiya" (16.1.19.) kitabları; İ.Flavi (37-95)-"İuda qədimliyi" əsəri, Mar Abbas Katina "Erməni tarixi", II əsr...), orta əsrlər alimlərinin, XIX-XX əsr tədqiqatçılarının ((İ.I.Şopen (1798-1870)-"Qədim Qafqaz tarixinə yeni baxış..."(1866); P.Q.Butkov (1775-1857) - "Rusiya imperiyasının coğrafi-statistik lüğəti"(1865), "Qafqazın yeni tarixi-1722-ci ildən 1803-cü ilədək olan materiallar" (1869); V.A.Abaza (1831-1898) - "Ermənistanın tarixi" (1888); İ.M.Dyakonov (1914-1999) - "Erməni xalqının yaranma tarixi", (1968); Q.A.Kanantsyan "Hayasa-ermənilərin beşiyi. Ermənilərin etnogenezisi və başlanğıc tarixi" (1947); "Qədim Kişik Asiya, ermənilərin başlanğıc tarixində tarixi-linqivistik mərhələ", Ermənistan SSR EA-nın nəşri, (1956)...) əsərlərində kifayət qədər geniş elmi-nəzəri və teoloji qiymətlərə yer verilmişdir. Qeyd edilən tarxi-elmi mənbələr əski arxiv, dini-təsviri, salnamə, səfər-təəssürat, səyahət...məlumatları əsasında bir  daha sübut etmişdir ki, hay toplumu Qafqaz bölgəsində yerli, kökənli mənsubiyyətə malik deyil, Şimali və Cənubi Qafqaz xalqları sırasında gəlmə etnoslardan biridir və onların coğrafi məskənləri Balkan yarımadası-Peleponnes yaylası hesab edilmişdir (Herodot, "Tarix", VII kitab,73; B.B. Piotrovski (1908-1990) -"Urartu dövlətinin tarixi və mədəniyyəti" (1944)...).

  Göründüyü kimi, artıq dünyanın mütərəqqi düşncəli elmi-dini ictimaiyyəti hay kilsəsinin qədim yunan kilsəsindən ayrılan dini təriqət mərkəzi kimi, hay toplumunu isə əski farkiyalıların (Balkan yarımadasının cənubundakı kökənli yunanların) xələfləri, etnik şəcərə davamçıları kimi qəbul etməkdədir.

   Sübutu çətin olan dini-elmi nəzəriyyə olmaq şərti ilə.

   Dünya alimlərinin bu sahədə mülahizələrinin təsdiqedici  amilləri sırasında (tarixi, coğrafi, dini, siyasi-hərbi...) etno-milli stuktur tərkibi kimi irqi, dil-linqivistik, morfo-genetik mənsubiyyət şərtləri də ön sıradadır.

  Belə ki, irqi, etnik dil ailəsi və qrupu kimi bu toplum Qafqaz regionu xalqlarının təsnifatında (istər danışıq tərzi, linqivistik-dil quruluşu olsun, istər morfo-fonetik oxşarlıq baxımından) dünyanın qəbul etdiyi alimlərin elmi-nəzəri nəzəriyyəsində öz təsdiqini tapmamışdır.

  Hind-Avropa etno-irqi ailəsinə aid edilən haylar ayrıca dil qrupu təşkil etdiyi üçün də Qafqaz dil qrupu və ailəsi tərkibində tarixi-soğrafi gələnəklərdən (etnomorfoloji irsi, bioloji-fizioloji strukturu, linqivistik xüsusiyyətləri...baxımından) uzaq olması bir çox tədqiqat mövzuları əsasında sübuta yetmişdir.

  Qafqaz bölgəsi həm də Altay dil ailəsinə aid (Azərbaycan türkləri, qaraçaylar, balkarlar, kumıklar, noqayalr...) etnocoğrafi arealı olmaqla, şimali (qıpçaq) və cənubi (oğuz) türk dilli xalqlarını  əhatə edir.

   Mürtəce hay kilsəsi və beynəlxalq hay toplumu bu təsdiqlənmiş faktları qəbul etməyərək (əks halda işğalçılıq siyasətlərinin iflası ilə barışmalı olacaqlar) ilk növbədə Ön Qafqaz və Cənubi Qafqazda "kökənli xalq" olduqlarını israrla təbliğ edirlər və bu istiqamətdə bütün vasitələrdən istifadə etməkdən çəkinmirlər. Son yüzilliklərdə hay kilsəsinin ayrı-ayrı Müsəlman-Türk dövlətləri ilə süni-saxta münasibətlərə cəhd göstərməsi həm də strateji maraqlarına uyğun olaraq qondarma tarixlərinə havadarlar axtarışı ilə bağlıdır.

   Öz uydurma mənsubiyyətlərini ciddi-cəhdlə həyasızcasına sübut etmək yolunda hətta onlar, bu regionun yerli xalqları ilə qarşıdurmadan da çəkinmirlər. Müsəlman-Türk dövlətlərinin və xalqlarının üstünlük təşkil etdiyi Rusiya Federasiyasında hakim siyasi-hərbi, dini-elmi, təhsil-mədəni...dairələr tərəfindən himayə olunan hay kilsəsi və hay sürüsünə xüsusi imtiyazların verilməsi də mürtəce məqsədlərinə əlavə imkanlar yaradır.

   Təbii ki, Cənubi Qafqazda olduğu kimi, Şimali Qafqazda  da hay kilsəsinin  bu cür mürtəce fəaliyyətinə geniş yer verilməsi bölgədə bir sıra narazılıqların  yaranmasına səbəb olmuşdur.

   Don çayı sahilindəki Rostov şəhərinin hay sürüsünün məskunlaşdığı Myasnikov (Myasnikyan) rayonunun giriş hissəsində  rus və "erməni" dillərində yazılmış tanıtım dəmir lövhə yol kənarına basdırılmışdır. Hay kilsəsinin həyasızlığına qarşı  2002-ci ilin sentyabr ayında Kuban şayı sahilindəki Slavyansk şəhərində, 2005-ci ilin mart ayında isə Novorossiysk şəhərində yerli əhalinin etirazı, qarşıdurması baş vermişdir.

   Son onilliklərdə Qafqaz bölgəsi üzrə (Cənubi Rusiya timsalında) canlı hay kütləsinin yerli, kökənli xalqlar sırasında yer tutmasını təsdiq etməyə cəhd göstərən bir sıra elmi, mədəni, dini tədbirlərin keçirilməsi ("Şimali Qafqaz: arxeologiya, etnoqrafiya və ölkəşünaslıq", Armavir şəhəri, 2016; "Böyük Qafqaz: Rusiya-Avropa əməkdaşlığı", Cənubi Qafqaz Federal Universiteti, 2019...), bu mövzularda elmi-tədqiqat layihələrinin icrası, akademik, monoqrafik və elmi-kütləvi nəşrlərə daha çox üstünlük vermələri müşahidə olunmaqda, eləcə də bir sıra elmi-tədqiqat mərkəzlərində hay mənşəli "tədqiqatçı"ların elmi mövzusuna  çevrilməkdədir (A.M.Xastyan "Şimali Qafqazda erməni icması: sosialmədəni uyğunlaşma amilləri" (Rostov şəhəri, 2001); M.S.Simonyan "Şimali-Qərbi Qafqazın erməni diasporu-XVIII əsrin sonu-XX əsr" (Maykop şəhəri, 2003); L.V.Vanyan "XVIII-XIX əsrlərdə rus-erməni mədəni qarşılıqlı əlaqələrinin tarixi təcrübəsi", Stavropol şəhəri, (2012); V.R.Avetisyan "Rus-erməni qarşılıqlı münasibətinin mərkəzi- Şərq dilləri (Lazarev) institutu (XIX əsr-XX əsrin I rübü)", Stavropol şəhəri, - 2018...). 

   Qeyd etdiyimiz kimi, hay kilsəsi və hay toplumunun Şimali Qafqazda həyata keşirdiyi mürtəce niyyət çoxmillətli bir regionda saxta tarixlərinə, uydurma "məzlum xalq kimi" varlığına...dayaq duracaq etnogenetik kökənli xalqlar arasında yer tutmalarına yönəlmişdir və bu istiqamətdə bəzi hallarda məqsədlərinə nail olmuşlar.

   Görünən odur ki, Dağıstan Respublikasında hay kilsəsinin şeytani məqsədlərinin xeyrinə imkan yaradan "ziyalılar", milli nəşrlər tapılmaqdadır. Dağıstan Dövlət Pedaqoji Universitetinin Tarix kafedrasının professoru, tarix elmləri doktoru Məhəmmər Rəcəb oğlu Həsənovun, "Qafqaz xalqları: ənənə və müasirlik" və "Qafqazın elmi fikri" jurnallarının  (bu nəşrlərdə çap edilən elmi-nəzəri əsərləri), tədqiqatşı  D.Ş.Ramazanovanın ("Dağıstan Rusiyanın tərkibində: ərazinin inzibati-siyasi statusu və milli siyasətin actual problemləri (1921-2017)" mövzusundakı dissertasiya işi....) timsalında.

   Bir çox Şimali Qafqaz alimlərinin tədqiqat əsərlərinin məzmunu ilə eynilik təşkil edən M.Rəcəbovun hay kilsəsi və hay toplumuna yarınmaq istəyinə yönəlik elmi-nəzəri mülahizələrini aşağıdakı kimi ümumiləşdirmək (təsnif etmək) olar:

- e.ə. II-I minilliklərdə Qafqaz xalqlarının etnogenezisində, etnomorfoloji assimlyasiyasında "erməni" etnosunun aparıcı rol oynaması;

- e.ə.I minillikdə Cənubi Qafqazda baş verən hərbi-siyasi qarşıdurmalarda "erməni dövlətlərinin" və "hökmdarları"nın mövqeyinin təsiri;

- qədim yunan və fars imperiyalarına qarşı müharibələrdə Qafqaz xalqlarının ön sıralarında "hay" ordusunun olması;

- hay kilsəsinin və "dini"nin I-II əsrlərdə yaranması;

- e.ə. I minillikdə "Böyük Ermənistan", "Kiçik Ermənistan" "Qərbi Ermənistan"... dövlətlərinin (ərazilərinin) mövcud olması;

  -"Böyük Ermənistan"ın tərkibində "Artsax" da olmaqla Qafqaz xalqları arasında qarşılıqlı əlaqələrin yaranması (e.ə. I minillikdə);

- Uraratu dövlətini (e.ə. IX əsr) "erməni"lərin əski dövləti kimi qəbul edir və Cənubi Qafqaz xalqlarının ən qədimi bu dövlətin ərazisndə yaşadığını sübut etməyə çalışır;

   Hay sevgisinə aludə olan M.Həsənov e.ə. I minillikdə xəritələrdə və kitablarda guya işlədilən toponimləri də yaddan çıxarmayıb: - "Ararat dağı", "Ararat düzü", "Sevan gölü", "Erməni dağlıq yaylası"... və səxavətlə "Ermənistan"ın xəritəsinə düşən yerləri də təsvir edir: - Araz çayının şimal hissəsi, Kiçik Qafqaz dağları (Qərbi Azərbaycanın Dağ Borçalı mahalınadək-Q.Y.), şərqdə Urmiya gölünədək, qərbdə Fərat çayı, cənubda Tavr dağları, Van gölü sahilindəki paytaxt Tuşpa şəhəri.

  Dağıstanlı "alim" yazır ki, Urartu hökmdarı Menua Argişti (e.ə.786-764-cü illər) hərbi zəfərlərinin birində Durubani şəhərini (indiki Dərbənd) ələ keşirmişdir. Bu üzdəniraq "tədqiqatçı" Urartu dövlətinin xəritəsinə baxsaydı, adı çəkilən şəhərin Göyçə gölünün şimal-qərbində, təqribən 100 km aralıda olduğunu bilərdi, öz doğma şəhərini "məğlub" kimi qələmə verməzdi.

   Qeyd etmək lazımdır ki, tarixi-xronoloji məlumatlarda rəsmi Urartu adına ilk dəfə Assur çarlarının kitabələrində rast gəlinir. E.ə. XIII əsrin əvvəllərində I Salmanasara aid mətnlərdə Urartu adı tayfa ittifaqını bildirən Uruatri formasında işlədilir. E.ə. X-IX əsrlərin qovşağında II Adadnirariyə aid mətnlərdə "Uratri" termininə rast gəlinir. Bu adın Urartu forması isə e.ə. IX əsrdən işlədilir və "yuxarı ölkə" mənasını verir.

   Urartu dövləti e.ə. IX -VI əsrlərdə mövcud olmuş, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər. Dünya alimlərinin qəbul etdiyi mülahizəyə görə Urartu dövləti ilə "Ermənistan" dövlətinin, hurri-hetlərin isə hay toplumu ilə heş bir milli-etnik, morfoloji-fiziolji bağlılığı olmamışdır.

  Hay kilsəsinin milli-etnik seperatizm təlimlərinin, mürtəce işğalçılıq siyasətinə Dağıstanda dayaq axtarışlarının və etnogenetik kökənli birliyin pozulması ideyasının yayılmasına xidmət göstərən tədqiqat işlərindən biri kimi Dağıstan Dövlət Universitetinin əməkdaşı Dilşad Şahruddin qızı Ramazanovanın "Dağıstan Rusiyanın tərkibində: ərazinin inzibati-siyasi statusu və milli siyasətin aktual problemləri (1921-2017-ci illərdə)", I cild (tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün yazılmış dissertasiya işi, Mahaç-Qala şəhəri, 2020) tədqiqatını göstərmək olar.

  Dilşad xanım Ramazanovanın elmi-nəzəri mülahizələri hay kilsəsinin son yüzilliklərdə Qafqaz xalqları arasında (ilk növbədə Müsəlman-Türk qövmündə) təşviq etdiyi bir sıra pozuculuq niyyətləri ilə müstəqim və məcazi mənalarla üst-üstə düşür:

   -Dağıstan Respublikasının inzibati-ərazi bölgüsünə (1920-1990-cı illərin inzibati-hüquqi normayiv sənədləri nəzərə alınmamaqla), guya tarixilik prinsiplərinin pozulduğuna görə yenidən baxılması (ilk növbədə Azərbaycan Respublikası ilə həmsərhəd rayonlarda) zəruriliyi;

  -Dağıstan Respublikasının sərhədlərindən kənarda yaşayan (doğma)  etnik toplumun öz hüquqlarının ifadə edilməsi azadlığının təmin edilməsi;

   Çox təəssüf ki, haqqında danışılan tədqiqat işində oxşar "elmi-nəzəri" mülahizələri bir xeyli təkrarlamaq mümkündür.

   Məlumat üçün bildirim ki, Dağıstan Respublikasında cəmi 5 min hay sürüsünün toplumu var, onlar əsasən Mahaç-Qala (bu şəhərdə onların Milli-Mədəni mərkəzi fəaliyyət göstərir), Qızlar və Dərbənd şəhərlərində yaşayır.

   Digər maraqlı cəhət də nəzərə çarpır ki, hay kilsəsi Qafqaz və Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə kifayətlənməyərək artıq Orta və Mərkəzi Asiya regionu ölkələrində də özünə dayaq yaratmışdır. Belə ki, Müsəlman-Türk dünyasının əski, zəngin tarixi-coğrafi bölgəsi olan bu məkanda hay sürüsünün mövqeyinin güclənməsi, saxta tarixinə "dayaq olan" arxadaşlarının sayının artması...da nəzərdən qaçmamalıdır. Adi bir nümunə.

    Tacikistanlı tədqiqatçı, tarix elmləri namizədi Kamaləddin Şərif oğlu Abdullayevin (1950) "Azadlıq" elektron portalında dərc edilmiş "Dağlıq Qarabağ ətrafında münaqişə: Düşənbədən bir nəzər" yazısı (06 dekabr 2020-ci il) "erməni" yə  olan başqa "bir sevgi naməsi" hesab edilə bilər - Mərkəzi Asiyada kök salmış növbəti hay havadarlığının nümunəsi kimi.

Müəllif eyni zamanda 1934-1936-cı illərdə Tacikistan KP MK-nin I katibi olmuş qarabağlı S.K.Şaduntsyanı (1898-1938) da yad etməyi unutmamışdır...

Qismət  Yunusoğlu,  

Bakı Dövlət Universitetinin müəllimi

     

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31