Milli mənlik şüuruna dəyər verən millətin vətənpərvər olması şübhəsizdir

Gənclərin vətənpərvərlik ruhda tərbiyyə olunmasında  milli şüurun inkişaf etdirilməsi vacib məsəldir. O da məlumdur ki, bu  olduqca  mürəkkəb bir prosesdir. Qətiyyətlə demək olar ki, hazırda ölkədə bu istiqamətdə iş sistemli şəkildə aparılır.

Gənclərin vətənpərvərlik ruhda tərbiyyə olunmasında  milli şüurun inkişaf etdirilməsi vacib məsəldir. O da məlumdur ki, bu  olduqca  mürəkkəb bir prosesdir. Qətiyyətlə demək olar ki, hazırda ölkədə bu istiqamətdə iş sistemli şəkildə aparılır. Lakin bu məsələdə müasir texnologoyalardan da istifadəyə ehtiyac yaranır. Məlum olduğu kimi bu günkü gənc olduqca informasiyalı və məlumatlıdır. Belə bir şəraitdə təbliğat və maarifləndirmə işi elə aparımalıdır ki, hər bir gənc dərk etsin ki, bu məsələlər onun həm özünə, həm cəmiyətə, həm ailəsinə, həm də dövlətə xeyirlidir. Azərbaycan torpaqlarının 20 faizdən artığı düşmən tapdağında olduğu bir məqamda gənclərə Vətni sevdirmək, bu sevgini inkişaf etdirməyə ehtiyac duyulur. Yəni, gənclərin vətənpərvər ruhda böyüməsi üçün bir millət kimi formalaşmalıyıq. Məlumat üçün qeyd edək ki, Sovet sistemi və onun ideoloji dayaqları dağıldıqdan sonra vətəndaşlar arasında vətənpərvərliyin təbliği üçün azərbaycançılıq ideologiyası uğurlu tapıntı oldu. Milli özünüdərkin, yəni azərbacançılığın etnik şüuru arxada qoyaraq dövlət siyasəti səviyyəsinə qaldırılması Heydər Əliyev tərəfindən təklf olunarkən onun ictimai amilə çevrilməsi sistemi yaradılırdı. Azərbaycançılıq bu torpağın və onun sərvətlərinin burada yaşayan bütün xalqlara məxsus olduğunu və dövlətin inkişafında və qorunmasına borclu olduğunu göstərən amildir. Beləliklə, azərbaycançılıq uğurla sovet patriotizmini əvəz edən ideologiyaya çevrilə bildi. Hazırda da

Azərbaycançılıq ideyası milli münasibətlərin tənzimlənməsinə xidmət etməklə yanaşı millətlərarası inteqrasiya prosesini, vətəndaşların yeni ictimai-siyasi quruluşa uyğunlaşmasını və vətəndaş cəmiyyətinin formalaşmasını sürətnləndirir və ağrısız inkişafına şərait yaradır.

Azərbaycançılığın dövlətin əsaslarından birini təşkil edən milli şüur olmaqla yanaşı etnik şüurla konfrontasiyada olmaması və onu sıradan çıxarmaq məqsədi daşımaması da vacib şərtdir. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Fərmanı sonrakı illərdə qüvədə qalaraq daha da inkişaf etdirildi. Həmin fərmana əsasən azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı üzrə həmin xalqların dili və ədəbiyyatının öyrənilməsi üçün tədbirlər hazırlayıb həyata keçirilməsi, Azərbaycan TV-da ləzgi, talış və kürd dillərində verilişlərin getməsini, etnik azlıqların dilində mətbu orqanlarının, ədəbiyyatın nəşrini, mədəniyyət mərkəzlərinin yaranmasını nəzərdə tuturdu.

Beləliklə, Azərbaycan dövləti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün millətlərin öz mədəniyyət və dini müəssisələrini, cəmiyyətlərini təşkil etmək və fəaliyyət göstərmək hüququnun təmini üçün şərait yaratdı. Bu fərman dövlətin vətəndaşlarının milli və dini hüquqlarının təminatçısı olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan dövlətinin və titul xalqın etnik azlıqları süni şəkildə assmimilyasiya etmək, onların öz etnik mədəniyyətlərini və ənənələrini qoruyub inkişaf etdirməsinə nəinki mane olmadığını, əksinə dəstək olmasını nümayiş etdirdi. Bununla da Azərbaycanda yaşayan xalqların şüurunda dövlətçiliyin aparıcı mövqedə dayanması özünü Dağlıq Qarabağ savaşında göstərdi. Erməni işğalına qarşı aparılan müharibədə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, tarixən bu ölkədə yaşayan xalqlar Azərbaycan torpaqlarının düşmənlərdən müdafiəsi uğrunda Azərbaycan türkləri ilə yanaşı mübarizə aparıblar. Hüquqşünas  Mirzə Manfov qeyd edib ki, müasir dünyada gəncləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Çünki, hazırda dünyada elə proseslər cərəyan edir ki, Vətəni sevməyən, vətəpərvərlikdən uzağ olan gənclər istər-istəməz yad təsirlərin altına düşmək məcburiyyətində qalır. Xarici təsirlər çərçivəsində isə din amilindən tutmuş ideoloji məsələlərə qədər bütün nüanslar var. Ona görə də hər bir gənclə fərdi qaydada iş aparılması həm onları yad təsirlərdən xilas edər, həm də vətənpərvər kimi formalaşmasına təkan vermiş olar. Hüquqşünasın sözlərinə görə, millət insanların özündə ictimai inkişafın xüsusi formasını əks etdirən, iqtisadi və siyasi həyatın ümumiliyi,vahid dövlət, ərazi, dil, mədəniyyət, psixologiya, məişət, milli şüur və milli xarakter zəminində təşəkkül tapan sabit birliyidir. Mütəfəkkir dühalar qeyd edib ki, "Birləşməyi bacarmayan cəmiyyət millət ola bilməz, olsa-olsa qaraçı yığını olar. Millət odur ki, ən çətin anda birləşir və özünü təsdiq edir". Bu isə o anlama gəlir ki, milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdür və yaşamağa layiqdir: "Ümumilikdə gənclərimiz dərk etməlidir ki, millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda milli dövlətçilik və milli şüur milli varlığın zəruri ünsürü kimi müəyyən edilir. Millətlərin varlığını siyasi (dövlətçilik), sinfi, elmi-texniki, ictimai quruluş və s. amillərlə deyil, məhz etnik amillərlə (mənəvi dəyərlərlə) müəyyən etmək daha düzgündür". O, qeyd edib ki, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur: "Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar. Bu, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətlərini qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlar bağlı olan bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qəlbinə hakim kəsilməlidir".  Hüquqşünas hesab edir ki, milli düşüncə tərzi milli mənəvi dəyərlərdən milli özündərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli öznəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özündərkə ehtiyac yaranır. Milli düşüncənin yüksəlməsi ilə milli özünüdərk prosesi başlayır. Lakin hər bir anlayış milli özünüdərk səviyyəsinə yüksəlib, milli düşüncəyə çevrilə bilməz. Yalnız milli oyanış, milli özündərk və bu kimi digər anlayışlar, milli mənəviyyat səviyyəsinə, daha sonra milli düşüncəyə qədər yüksələ bilər. Yetər ki, onun ciddi elmi, fəlsəfi, iqtisadi, siyasi və s. əsasları olsun. Çünki milli düşüncədən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik kütlənin başqalarından fərqini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir: "Gənclərə bu ideya aşılanmalıdır ki, milli mənəvi dəyər də, milli ideya da xalqın soykökü, dili, dini və başqa vacib əlamətlərini əks etdirir. Hər bir xalq özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, müstəqilliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini və s. milli mənəvi dəyərlər, yaxud da milli düşüncə kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Heç şübhəsz ki, bu ideyanın daşıyıcısı olan gəncin vətənpərvərliyinə şübhə ilə yanaşmaq düzgün olmazdı". Onun sözlərinə görə, mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir: "Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir. Yəni insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru vətənpərvərlik şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir göstərir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir". Yeri gəlmişkən xatırladaq ki,  

mütəxəssislərin qənaətinə görə, gənclərin vətənpərvərlik ruhunun inkişafında milli-mənəvi dəyərlərə sadiqlik də xüsusi rol oynayır. Belə ki, milli-mənəvi dəyər dedikdə, hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların formalaşması nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycanda milli ideologiya təşəkkül tapana qədər Azərbaycan xalqı arasında hər hansı bir ideyanın və yaxud ideyaların olmaması anlamına gəlmir. Əksinə, həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin vahid ideya anlamına salınması kimi başa düşülür. Milli mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İdeoloqlar hesab edir ki, milli mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini, inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində qoruyub saxlamaqdadır.

Alim Hüseynli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31