Prezidentlər Cıdır Düzündə yallı rəqsini izlədilər – VİDEO
15 İyun 2021 21:17 SosialXəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda görüş keçirib.
Görüş zamanı Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı musiqili kompozisiya təqdim edilib.
Daha sonra rəqs qrupları Cıdır Düzündə birgə yallı gedib.
Yallını prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci vitse-prezident Mehriban Əliyeva və Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan da izləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31