Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan verilən məlumata görə, iclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Qərara alınıb ki, lüksək liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start verilsin.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31