Jurnalistlərin binası qarşısında daha bir qəza - FOTO
Bakıda yol qəzası olub.
14 İyun 2021 12:30 SosialBakıda yol qəzası olub.
Olaylar.az xəbər verir ki, hadisə Səbail rayonunda, jurnalistlərin yaşadığı binanın qarşısında baş verib. Bu barədə məlumatı sosial şəbəkədə bina sakinləri paylaşıb.
Binanın qarşısında işıqforun yaxınlığında iki "Mercedes" markalı minik avtomobili bir-birinə çırpılıb. Hadisə zamanı ölən və ya xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.
Bina sakinləri bu cür yol qəzalarının burada tez-tez baş verdiyini bildiriblər.
Məqaləyə dair fotomateriallar:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31