Məşhur azərbaycanlı tenor “Sən supersən! 60+” yarışmasında Rusiyadan olan iştirakçını dəstəklədi - VİDEO
14 İyun 2021 11:22 SosialRusiyanın NTV telekanalı ilə yayımlanan Beynəlxalq mahnı yarışması olan "Sən supersən! 60+" şousunun efirində Rusiyadan olan iştirakçılardan birini dəstəkləmək üçün Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov səhnəyə çıxıb.
Olaylar.az xəbər verir ki, onlar məşhur italyan mahnısı "O Sole Mio"nu ifa ediblər.
Qeyd etmək lazımdır ki, bu mahnının müzakirəsi zamanı münsiflər heyətinin üzvlərindən biri - İqor Krutoy bildirib ki, həmin iştirakçı öz məlumatlarında göstərildiyi kimi, yüksək kateqoriyalı müğənni olub:
"SSRİ Mədəniyyət Nazirliyinin qiymətləndirməsinə görə, Alla Puqaçova bir konsertə görə 47 rubl alırdısa, Azərbaycan SSR-in Xalq artisti Müslüm Maqomayev 225 rubl alırdı. Mən özüm isə 25 rubl alırdım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31