İtkin düşmüşdü, meyiti çaydan tapıldı
12 İyun 2021 14:55 Sosial6 gün öncə itkin düşmüş gəncin meyiti çaydan tapılıb.
Olaylar.az bildirir ki, hadisə Qax rayonunda baş verib.
Belə ki, Qax sakini, 1995-ci il təvəllüdlü Hüseyonov Elman Loğman oğlu iyunun 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu gün səhər saatlarında onun meyiti rayonun Hamam çay adlanan çayda tapılıb. Mərhumun atasının dediyinə görə o, iyunun 6-da İlisu kənd ərazisindəki dağ hamamına getmək üçün evdən çıxıb. Bu gün isə həmin çaydan onun meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31