Mingəçevirdən dəhşətli xəbər gəldi: Ölən var

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə kanalda batan şəxslə bağlı məlumat yayıb.

Olaylar.az-ın  nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31