Vaksin vurduran Mübariz Tağıyev koronavirusa yoluxdu

Xalq artisti Mübariz Tağıyev koronavirus keçirib.

Xalq artisti Mübariz Tağıyev koronavirus keçirib.

Olaylar.az xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına müsahibəsi zamanı danışıb.

Virusa harada və necə yoluxduğunu bilməyən Xalq artisti evində müalicə alıb. Peyvənd vurduran Mübariz Tağıyevdə iki gün sonra COVID-19 aşkarlanıb.

Hazırda virusdan sağalan sənətçi səhnə üçün darıxdığını deyib: "İki aydır züm-zümə belə edə bilmirəm. Səhnə üçün çox darıxırdım. Televiziyalar koronavirusa yoluxduğumu bilirdi. Ona görə də məni verilişlərə dəvət etmirdilər. Hazırda isə yeni mahnılarım var və onlar üzərində işləyirəm"./BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31