Almaniya Azərbaycanı COVID-19 ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb
11 İyun 2021 16:20 SosialAlmaniya Azərbaycanı COVID-19 pandemiyası ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb.
Olaylar.az bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin Robert Kox İnstitutuna istinadən məlumat verir.
Yenilənmiş siyahı iyunun 11-də dərc olunub. Təhlükəsiz ölkələr siyahısında Kanada, ABŞ, Xorvatiya, İsveçrə, Norveç kimi ölkələr yer alıb.
Qeyd edək ki, bu günədək Azərbaycanda 334 992 nəfər koronavirusa yoluxub. Onlardan 327 907 nəfəri sağlıb, 4 951 nəfəri vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31