Əlilliklə bağlı yeni meyarlar ikinci oxunuşda təsdiq edildi
11 İyun 2021 12:33 SosialMilli Məclisdə əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib. "Olaylar" xəbər verir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31