2020-2021-ci tədris ilində 43 nəfər direktor müavini vəzifəsinə təyin olunub
11 İyun 2021 12:31 Sosial2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər təyin olunub.
Bu barədə "OLAYLAR"-a Təhsil İdarəsindən məlumat verilib.
Həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə 23 nəfər təyinat alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31