Musa Quliyev Azərbaycandakı xarici şirkətlərə çağırış etdi

Deputat Musa Quliyev Azərbaycanda fəaliyyət göstərən xarici investorları Məşgulluq Marafonuna qoşulmağa çağırıb. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çıxış edən deputat ötən gündən etibarən marafonun başladığını vurulayıb: "Marafonun məqsədi 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir. Hazırda Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir. Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31